“Bələdiiyyə həyat”ı qəzetinin növbəti sayı işıq üzü görüb
Belediyye.infonun əldə etdiyi məlumata görə, bu gün “Bələdiyyə həyatı” qəzetinin növbəti sayı işıq üzü görüb. Qəzetin bu sayında prezident tərəfindən təsdiq edilən rəsmi sənədlər, millət vəkillərinin açıqlamaları yer alıb. “Bələdiyyə həyatı”nın bu sayında ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi Mehdi Səlimzadə ilə müsahibə, habelə Lökbatan, əmircan, Siyəzən, Ağdam və Tərtər bələdiyyə sədrlərinin açıqlamaları dərc edilib.
Qəzetin bu sayında Yeni Suraxanı bələdiyyəsini narahat edən problemə aydınlıq gətirilmiş, şəhriyar bələdiyyəsinin sədri Musa Musayevin rəhbərlik etdiyi bələdiyyənin fəaliyyətiylə baglı münasibət öyrənilmişdir.
Qəzetin bu sayında bələdiyyələri narahat edən digər məslələrə də toxunulub.
Belediyye.info